...

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10%-dən çox artıb

İqtisadiyyat Materials 18 Mart 2025 16:24 (UTC +04:00)
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin yanvar-fevral ayında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 64,6 milyon manat təşkil edib.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

Qeyd olunub ki, Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. Belə ki, indiyədək MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bu ilin yanvar-fevral aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 14% artaraq 242,2 min manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti