...

Azərbaycandan Yunanıstana ixrac edilən metanolun həcmi açıqlanıb

İqtisadiyyat Materials 19 Mart 2025 10:29 (UTC +04:00)
Azərbaycandan Yunanıstana ixrac edilən metanolun həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycandan Yunanıstana 2 min ton metanol (metil spirti) ixrac edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda metanol ixracından əldə olunan gəlir 576 min ABŞ dolları olub.

Ötən ilin eyni dövündə Azərbaycandan Yunanıstana metanol ixrac edilməyib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 35 min ton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 11,1 milyon ABŞ dolları olub. Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 4,2 min ton və ya 10,8% azalıb, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud da 52,4% çoxalıb. 2024-cü ilin yanvarında Azərbaycandan 39,2 min ton miqdarında, 7,3 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub.

Ötən ay ixrac edilən metanolun bir tonu üçün qiymət 318,2 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 131,9 ABŞ dolları və ya 70,8% bahadır. Ötən ilin ilk ayında bu qiymət 186,3 ABŞ dolları idi.

Həmçinin, hesabat dövründə ixrac edilən metanol ümumi ixracın 0,40%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,29%-ni təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə, Türkiyəyə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti