...

Azərbaycan gəmi ixracından gəlirini 109 dəfə artırıb

İqtisadiyyat Materials 19 Mart 2025 10:19 (UTC +04:00)
Azərbaycan gəmi ixracından gəlirini 109 dəfə artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 335 min ABŞ dolları dəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar idxal olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46 min ABŞ dolları və ya 12,1% azdır.

Belə ki, ötən ilin ilk iki ayında ölkəyə 381 min ABŞ dolları dəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar idxal edilmişdi.

Hesabat dövründə sözügedən vasitələrin idxalı ölkənin ümumi idxalında 0,01% paya malik olub.

Eyni zamanda, cari ilin ilk iki ayında Azərbaycandan 763 min ABŞ dolları dəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar ixrac olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 756 min ABŞ dolları və ya 109 dəfə çoxdur.

Hesabat dövründə sözügedən vasitələrin ixracı ölkənin ümumi ixracında 0,02% paya sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti