Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycana Çindən 75 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə bu sayda elektromobilin idxalına çəkilən xərc 2,2 milyon ABŞ dolları olub.
Çindən alınan elektromobillər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 124 ədəd və ya 2,7 dəfə, dəyər ifadəsi ilə 5,2 milyon ABŞ dolları, yaxud da 3,4 dəfə azalıb.
Belə ki, 2024-cü ilin birinci ayında Azərbaycana Çindən 7,4 milyon ABŞ dolları dəyərində 199 ədəd elektromobil idxal edilib.
Qeyd edək ki, cari ilin ilk ayında Azərbaycana 6,5 milyon ABŞ dolları dəyərində 139 ədəd elektromobil idxal edilib.
Həmçinin, Azərbaycandan xaricə 535 min ABŞ dolları dəyərində 9 ədəd elektromobil ixrac edilib.