Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.
Bildirilib ki, indiyədək ölkə ərazisində 105 694 ədəd belə NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.