Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycana Almaniyadan 25 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda elektromobilin idxalına çəkilən xərc 3,2 milyon ABŞ dolları olub.
İdxal edilən bir ədəd elektromobilin orta qiyməti 127,5 min ABŞ dolları və ya 216,7 min manat olub.
Almaniyadan alınan elektromobillər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8 ədəd və ya 47%, dəyər ifadəsi ilə 1,6 milyon ABŞ dolları, yaxud da 2 dəfə artıb.
Belə ki, 2024-cü ilin birinci ayında Azərbaycana Almaniyadan 1,6 milyon ABŞ dolları dəyərində 17 ədəd elektromobil idxal edilib.
Qeyd edək ki, cari ilin ilk ayında Azərbaycana 6,5 milyon ABŞ dolları dəyərində 139 ədəd elektromobil idxal edilib.
Həmçinin, Azərbaycandan xaricə 535 min ABŞ dolları dəyərində 9 ədəd elektromobil ixrac edilib.