Bakı. Trend:
Dövlət Vergi Xidməti cari ilin fevral ayının 3-də “Sabah Arena” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alıb.
Trend bu barədə Dövlət Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Həsənov Ramin Həsənəli oğludur.
Nizamnamə kapitalı 8 milyon 761 min 204 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Lev Starçuk ev.19D-dir.