Bakı. Trend:
Dövlət Vergi Xidməti cari ilin yanvarın ayının 15-də “Ecostar Green” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alıb.
Trend bu barədə Dövlət Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Xəlilov İslam Ələkbər oğludur.
MMC-nin müşahidə şurasının üzvləri Cəfərov Orxan Fərman oğlu, Alxaslı Emil Aydın oğlu, Ağayev Pərviz Lətif oğlu, Əliyev Mikayıl Elxan oğlu, Starr James David və Fiorentino Luigidir.
Nizamnamə kapitalı 1,5 milyon aro olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev ev.40-dir.