Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 671,1 milyon manat dəyərində içkilər və tütün məmulatları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon manat və ya 0,4% çoxdur.
İçkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,6% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən, 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.