Bakı. Trend:
Azərbaycanda indiyədək 106.520 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Qeyd olunub ki, 2025-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499 milyon 316,8 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 1 milyard manatdan çoxdur.