...

Azərbaycan elektrik mühərrikli nəqliyyat vasitələrini hansı ölkələrdən alır? - SİYAHI

İqtisadiyyat Materials 5 Avqust 2025 19:19 (UTC +04:00)
Azərbaycan elektrik mühərrikli nəqliyyat vasitələrini hansı ölkələrdən alır? - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 5 ayında Azərbaycana 13 ölkədən 25,8 milyon ABŞ dolları dəyərində 767 ədəd yalnız elektrik mühərrikilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,7 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 483 ədəd və ya 1,6 dəfə azdır.

Bəs, Azərbaycana elektrik mühərrikli avtomobillər hansı ölkələrdən gətirilir?

Cari ilin ilk 5 ayında ölkəyə yalnız elektrik mühərrikilə hərəkətə gətirilən nəqliyyat vasitələri ən çox Çindən gətirilib. Belə ki, hesabat dövründə sözügedən ölkədən Azərbaycana 9,4 milyon ABŞ dolları dəyərində 342 ədəd sözügedən nəqliyyat vasitələri idxal edilib.

Siyahıda ikinci pillədə 274 ədəd elektromobil idxalı ilə Amerika Birləşmiş Ştatları gəlir. Bu qədər elektromobilin alınmasına təqribən 5 milyon ABŞ dolları sərf edilib.

Azərbaycanın ən çox elektrik mühərrikli nəqliyyat vasitələri idxal etdiyi ölkələr siyahısında ilk üçlüyü Almaniya tutur. Belə ki, bu ilin yanvar-may aylarında sözügedən ölkədən Azərbaycana 7,4 milyon ABŞ dolları dəyərində 94 ədəd elektromobil gətirilib.

2025-ci ilin yanvar-may ayları ərzində digər ölkələr üzrə Azərbaycana idxal edilən yalnız elektrik mühərrikilə hərəkətə gətirilən nəqliyyat vasitələri üzrə göstəriciləri təqdim edirik:

Ölkə

Miqdar

Məbləğ (Min ABŞ dolları)

Koreya Respublikası

25

389,62

Yaponiya

9

164,58

Avstriya

8

1061,07

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı

5

2095,38

Meksika

4

75,6

İsveç

2

25,6

Cənubi Afrika Respublikası

1

34

Türkiyə

1

2,04

İspaniya

1

28,97

Rumıniya

1

5

Məqalədə:
Xəbər lenti

Xəbər lenti