...

bp AÇG-də əməliyyat xərclərini artırıb

İqtisadiyyat Materials 7 Avqust 2025 13:12 (UTC +04:00)
bp AÇG-də əməliyyat xərclərini artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşları Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə təxminən 259 milyon ABŞ dolları əməliyyat xərcləri və 558 milyon ABŞ dolları əsas kapital xərcləri sərf ediblər.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 243 milyon və 698 milyon dollardan çox təşkil etmişdi.

Beləliklə, illik müqayisədə əməliyyat xərcləri 6.6 faiz artıb, əsas kapital xərcləri isə 20 faizdən çox azalıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp – 30.37%

SOCAR – 31.65%

MOL – 9.57%

İNPEKS – 9.31%

EksonMobil – 6.79%

TPAO – 5.73%

İTOÇU – 3.65%

ONGC Videş – 2.92%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti