...

AİB 2040-ci ilə qədər Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozunu açıqlayıb

İqtisadiyyat Materials 9 Dekabr 2025 10:51 (UTC +04:00)
AİB 2040-ci ilə qədər Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozunu açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) tərəfindən dərc olunan Asiya Su Ehtiyatlarının İnkişafı Proqnozu (AWDO) 2025 hesabatına əsasən, region ölkələrində 2040-cı ilə qədər ölkələrin əhali sayında, urbanizasiya səviyyəsində və iqtisadi istehsalatda müxtəlif templərdə artım proqnozlaşdırılır.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, Azərbaycan üzrə 2025-ci ilin səviyyəsi ilə müqayisədə əhalinin 6,7 faiz artması, urbanizasiyanın 17 faizədək yüksəlməsi, sənaye istehsalının 23,8 faiz artması və xüsusilə kənd təsərrüfatında əhəmiyyətli yüksəliş – 2023-cü il səviyyəsinə nisbətən 154,8 faiz artım gözlənilir.

“Məlumata görə, Gürcüstan üzrə əhalinin 1,9 faiz azalması, urbanizasiyanın 15,4 faizədək artması, sənaye istehsalının 103,4 faiz artması və kənd təsərrüfatı istehsalının 9,8 faiz azalması proqnozlaşdırılır. Qazaxıstan üzrə əhalinin 16,5 faiz artacağı, urbanizasiyanın 11,2 faizədək yüksələcəyi, sənaye istehsalının 8,3 faizlə orta templə artacağı və kənd təsərrüfatının 1,5 faiz yüksələcəyi gözlənilir. Özbəkistan üzrə isə əhali artımının ən yüksək – 24,6 faiz olacağı, urbanizasiyanın 10,7 faizədək artacağı, lakin sənaye istehsalının 7 faizə qədər azalacağı, kənd təsərrüfatının isə 2023-cü il göstəricilərinə nisbətən 1,6 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır”, – deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti