Bakı. Trend:
"Trendyol Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, "Trendyol Azərbaycan" MMC nizamnamə kapitalının 200 manat məbləğində azaldıldığını elan edir.
Buna qədər isə MMC-nin nizamnamə kapitalı 168 192 336.53 manat idi.
Qeyd edək ki, "Trendyol Azərbaycan" MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Yılandıl İrem Cağrı adlı şəxsdir.
