...

Sumqayıt Sənaye Parkında ildə 55 mln. kvadratmetr karton və qutu tarası istehsal ediləcək (FOTO/VİDEO)

İqtisadiyyat Materials 29 Yanvar 2026 13:55 (UTC +04:00)
Sumqayıt Sənaye Parkında ildə 55 mln. kvadratmetr karton və qutu tarası istehsal ediləcək (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsi 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadı Zonaların İnkişafı Agentliyi tərəfindən rezident statusu alıb.

Trend xəbər verir ki, bunu “Bakı Karton və Qutu Fabriki” MMC-nin rəhbəri Kamran Salmanlı bu günkü media-turda deyib.

Onun sözlərinə görə, müəssisənin ərazisi 2.7 hektar sahədir:

“Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manat həcmindədir. 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb”.

Kamran Salmanlı qeyd ki, ABŞ-ın daha iki şirkəti ilə danışıqlar olub, nəticələr əldə olunub və yaxın həftələrdə müqavilə imzalanacaq. Qeyd edib ki, satış təmsilçiliyi ABŞ-dakı şirkətlərə veriləcək. İlkin xammal isə Gürcüstan və Rusiyadan təmin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti