...

"AmCham" "Green Key" proqramının Azərbaycan hotellərinin təsnifatı sisteminə inteqrasiyasını tövsiyə edir

İqtisadiyyat Materials 29 Yanvar 2026 15:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) beynəlxalq dayanıqlı inkişaf sertifikatı olan “Green Key” proqramının milli hotellərin təsnifat sisteminə daxil edilməsini tövsiyə edir.

Trend bu barədə palatanın hesabatına istinadən xəbər verir.

“White Paper” adlı sənəddə qeyd olunur ki, bu addım mehmanxana sektorunda dayanıqlı inkişaf təşəbbüslərinin təşviqinə töhfə verəcək və Azərbaycanın ekoloji təmiz turizm istiqaməti kimi mövqeyini möhkəmləndirəcək.

“Green Key” sertifikatının yerli hotel təsnifat sisteminə inteqrasiyası tövsiyə olunur. Bu, sənayedə dayanıqlılıq təşəbbüslərini təşviq edəcək və ölkəni ekoloji cəhətdən təmiz turizm istiqaməti kimi mövqeləndirəcək. Keçid dövrü ərzində tətbiq prosesi mərhələli şəkildə həyata keçirilə bilər və hotellərə sertifikat tələblərinə uyğunlaşmaq üçün dəstək göstərilə bilər”,- deyə hesabatda bildiirlir.

Hesabatda vurğulanır ki, hazırda hoellərdə istifadə edilən OS&E (əməliyyat təchizatları və avadanlıqları) və FF&E (mebel, interyer və avadanlıqlar) gömrük rüsumlarına tabedir, bu da hotel sahiblərinin maliyyə yükünü artırır.

"AmCham" OS&E və FF&E mallarının gömrük rüsumlarından azad edilməsini tövsiyyə edir. Qeyd edilir ki, bu, hotel sektorunun inkişafına dəstək olacaq və beynəlxalq investorları ölkənin turizm sektoruna cəlb edəcək.

Bundan əlavə, otel sənayesinə investisiyaların stimullaşdırılması məqsədilə "AmCham" daşınmaz əmlak vergisinin azaldılmasını və yeni tikilən və ya əsaslı təmir edilən obyektlər üçün tam vergi azadolmalarının tətbiqini təklif edir.

"Bu tədbir otel xidmətlərinin keyfiyyətini artıracaq və beynəlxalq bazarda rəqabət qabiliyyətini yüksəldəcək" – deyə hesabatda qeyd olunur.

Hesabatda eyni zamanda əsas turizm bazarları üçün viza güzəştləri və ya sadələşdirilmiş prosedurların tətbiq edilməsi tövsiyə olunur. Qeyd olunur ki, bu addım turist axınını artıracaq, otellərin doluluq səviyyəsini yüksəldəcək və ölkənin aparıcı turizm məkanı kimi mövqeyini gücləndirəcək.

"AmCham" "Formula 1" və digər iri miqyaslı tədbirlərin keçirilməsinə xüsusi diqqət ayırır. Hesabatda qeyd olunur:

""Formula 1" yarışı turizm və beynəlxalq tanıtım baxımından böyük uğur qazandırıb. Lakin mövcud müqavilənin məhdud müddəti bu tədbirin davamlılığına risk yaradır. "Formula 1" yarışlarının ölkədə keçirilmə müddətinin uzadılması və bu tip digər iri tədbirlərin cəlb edilməsi tövsiyə olunur. Bu, ölkənin beynəlxalq tədbir məkanı kimi mövqeyini gücləndirəcək və turizm sektoruna uzunmüddətli fayda gətirəcək"

"AmCham"ın digər əsas tövsiyəsi Milli Turizm Təbliğat Fondu yaradılmasıdır. Belə bir fond ölkə üzrə bütün otel və restoranlardan cüzi faiz əsaslı ödəniş toplanaraq maliyyələşdirəcək. Toplanan vəsait isə xarici bazarlarda aparılacaq beynəlxalq turizm tanıtım kampaniyalarına yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti