...

AmCham Azərbaycanda kvant texnologiyaları üzrə milli yol xəritəsinin hazırlanmasını təklif edib

İqtisadiyyat Materials 29 Yanvar 2026 15:51 (UTC +04:00)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkədə kvant texnologiyalaır üzrə milli yol xəritəsinin hazırlanmasını təklif edib.

Trend bu barədə AmCham-a istinadən məlumat verir.

Qeyd olunur ki, kvant texnologiyaları kriptoqrafiya, materialşünaslıq, farmasiya, maliyyə vəlogistika kimi sahələri yenidən formalaşdıracaq.

Bu sahədə lider olan ölkələr kibertəhlükəsizlik, iqtisadi innovasiya və müdafiə sahəsində misilsiz üstünlüklər əldə edəcəklər.

“Lakin Azərbaycanda hələ ki, milli yol xəritəsi, xüsusi kvant tədqiqat institutları və ya müvafiq ixtisaslaşmış kadr potensialı mövcud deyil”,- hesabatda bildirilir.

AmCham bununla bağlı aşağıdakı tövsiyələrini təqdim edib:

Növbəti 10-15 il üçün tədqiqat, təhsil və sənaye tətbiqlərini əhatə edən Milli Kvant Texnologiyaları Yol Xəritəsi hazırlanıb təsdiqlənməlidir. Kvant hesablama, kvant rabitəsi və post-kvant kriptoqrafiya üzrə ixtisaslaşmış milli tədqiqat və innovasiya institutu yaradılmalıdır. BDU, ADA və digər universitetlərin tədris proqramlarına kvant fizikası, kvant alqoritmləri və kvant-təhlükəsiz kriptoqrafiya modulları daxil edilməlidir. NIST standartlarına uyğun post-kvant kriptoqrafiyanın dövlət və bank infrastrukturunda mərhələli tətbiqi başlamalıdır.

Bununla yanaşı, kvant alqoritmləri, simulyasiyalar və sənaye tətbiqləri üçün innovasiya və tənzimləyici sandbox yaradılmalı, Azərbaycanın regional və qlobal kvant əməkdaşlıq platformalarında iştirakı təmin edilməlidir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti