...

Ağdam Sənaye Parkına indiyədək yatırılmış investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 9 Fevral 2026 13:14 (UTC +04:00)
Ağdam Sənaye Parkına indiyədək yatırılmış investisiyaların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İndiyədək Ağdam Sənaye Parkında 32 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Məlumata görə, sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb.

Bildirilib ki, hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir.

Qeyd edilib ki, sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun 62,3 milyon manatlıq hissəsi ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti