Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycana xaricdən 108 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 3,268 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 31 ədəd və ya 22,3%, dəyər ifadəsi ilə isə 3,3 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.
Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 72 ədəd və ya 0,9% azalıb, dəyər ifadəsi ilə 37,5 milyon ABŞ dolları, yaxud da 27% artıb.
Dövr ərzində ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 125,7 milyon ABŞ dolları dəyərində 6 774 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
