Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ "Quş qripi"nin qarşısının alınması üzrə növbəti 10-cu monitorinq Azərbaycanda bu virusun olmadığını aşkar edib. Bu barədə şənbə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.
Monitorinq oktyabrın 22-də başlayıb. Keçirilən monitorinq Abşeron yarımadasını, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkəranı əhatə edib. Monitorinq tərkibi Baytarlıq Xidməti, Ekologiya, Səhiyyə nazirlikləri və Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılıb.
Azərbaycanda çöl quşlarının istifadəsi və satışına qoyulan qadağa hələ də qüvvədədir. Ölkənin bütün sərhəd-keçid baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.