...

Bakıda MDB – nin Dəmir Yolu Nəqliyyatı üzrə Şurası işini bitirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova / Bu gün Bakıda MDB, Baltikyanı, Finlandiya, Bolqarıstan dəmir yolları administrasiyalarının 47 - ci iclası öz işini başa çatdırıb. Tədbirin nəticələrinə həsr olunmuş mətbuat konfrasının gedişində Azərbaycan Dəmir Yolları İdarəsinin rəisi Arif Əsgərovun bildirdiyinə görə, tədbir zamanı dəmir yollarında dövlət səviyyəsində daşınmalara toxunan 11 məsələyə baxılıb və həll edilib. İdarə rəhbərinin sözlərinə görə, tərəflər iclasın nəticələrinə dair protokol imzalayıblar. Birlik dövlələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Astanada keçirilən 46 - cı iclasında MDB ölkələri dəmir yollarının rəhbərləri sərnişin və yük qatarlarının Birlik ölkələrinin dəmir yolları şəbəkəsində hərəkətinin yeni qrafikini qəbul ediblər. Yeni qrafik 2007- ci il mayın 27-dən tətbiq edilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti