...

Bakı Banklararası Valyuta Birjası 4 dekabr ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2007 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 04 dekabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8452 AZN təşkil edib. Bu barədə birjanın yaydığı məlumatda bildirilib. BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8454 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb. BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 300 506 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8452 AZN təşkil edib. Hər iki sessiyanın nəticələrinin ümumi həcmi ,USD/AZN aləti üzrə $3 905 000 ABŞ dolları və ya 3 300 506 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 488 125 ABŞ dolları düşüb. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib. BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,31%, ABŞ dolları üzrə isə illik 15,50% təşkil edib. Gün ərzində banklar arasında, həcmləri 1 000 000 AZN və 700 000 AZN, müddətləri 60 gün təşkil edən 2 əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcələri, müvafiq qaydada, illik 15% və 17% təşkil edib.

Xəbər lenti

Xəbər lenti