...

QTİB iki Azərbaycan bankı üçün kredit xəttini təqdir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , İ.Xəlilova/ Qara Dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Direktorlar Şurası Azərbaycanın iki bankına 15 mln. dollar məbləğində uzunmüddətli kredit verilməsini təqdir edib. Bu barədə çərşənbə günü İqtisadi İnkifaf Nazirliyindən məlumat verilib. İclasda Azəbaycan tərəfdən bankın Azərbaycandakı direktoru,İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov iştirak edib. QTİB-in kreditləri kiçik və orta sahibkarlığın inkişafı və uzunmüddətli ipoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulub. İpoteka kreditləri üçün 6 il müddətində 8 mln. dollar həcmində kredit Texnikabanka ayrılıb. Bu bankla kredit sazişinin imzalanması dekabrın 6-da Bakıda baş tutacaq. İkinci bankın adı bildirilməyib. Qara Dəniz Ticarət və İnkişaf bankı 1999-cu il iyunun 1-dən fəaliyyət göstərir. Təsis olunduğu vaxtdan bank Azərbaycanda 46.7 mln. dollar dəyərində 9 layihə maliyyələşdirib. Kredit xətləri Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika, Texnikabank, Azerdemiryolbank, Kapital Bank, Unibank və Azərbaycan Mikromaliyyələşdirmə Bankına ayrılıb.

Xəbər lenti

Xəbər lenti