...

Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / " Trend " / 26 dekabr 2007-cı il tarixində Bakı Fond Birjasında Milli Bankın 50100918S dövlət qeydiyyat nömrəli, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 6 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 36 127 200 manat təşkil edib.

Sifarişlər 99.16% (gəlirlik 10.89%) qiymətdə təqdim edilib.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.16% (gəlirlik 10.89%), orta ölçülmüş qiymət - 99.16% (gəlirlik 10.89%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 36 127 200 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 23 yanvar 2008-ci ildir.

Notların mülkiyyət hüquqlarının uçotu BFB-in depozitarisində aparılır.

Xəbər lenti

Xəbər lenti