...

Nazirlər Kabineti Bakı-Naxçıvan marşrutu üzrə aviabiletlərin qiymətini aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycanın Nazirlər Kabineti Bakı-Naxçıvan və Naxçıan-Bakı marşrutları üzrə sərnişin daşımaları üçün biletlərin qiymətini 55 manat səviyyəsində (Aeroport rüsumu və digər xərclər daxil olmaqla) təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin cümə günü yayılan məlumatnda bildirilir. Qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bir müddət öncə Azərbaycanın Tarif Şurası tərəfindən Naxçıvana uçuş tarifləri 95 manata qədər qaldırılıb. Buna səbəb bu istiqamətdə mövcud 16 manat tariflə (10 il ərzində dəyişdirilmədən qalan) həyata keçirilən uçuşlarıın AZAL Dövlət Konserninə ziyan hesabına başa gəlməsi olub.

Hökumətin məlumatında bildirilir ki, I və II qrup əllilər, 5 yaşından 12 yaşına qədər uşaqlar və tələbələr (İldə iki dəfə uçanlar) üçün 10 manatlıq imtiyaz tətbiq olunacaq.

AZAL Dövlət Konserni biletlərin satış qiymətindən adi vətəndaşlar üçün 20 manat, I və II qrup əllilər, 5 yaşından 12 yaşına qədər uşaqlar və tələbələr (İldə iki dəfə uçanlar) üçün 30 manat kompensasiya edəcək. Güzəştlərin qalan hissəsi Dövlət Konsernin maliyyə-təsərrüfat fəaliyyətinə aid olacaq.

Maliyyə Nazirliyinə dövlət büdcəsindən vəsaitin verilmə qaydalarının hazırlanması və Dövlət Konserni ilə birgə imtiyazlı sərnişinlərin qeydiyyat hüququnun müəyyən edilməsi tapşırılıb.

AZAL-a isə, hər rübdə tətbiq edilən imtiyazlar üzrə Nazirlər Kabinetinə hesabatın təqdim olunması tapşırılıb.

Xəbər lenti

Xəbər lenti