...

Azərbaycanda asma avadanlıqlı traktorların yığılmasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2008 13:56 (UTC +04:00)
Azərbaycanda asma avadanlıqlı traktorların yığılmasına başlanılıb

Azərbaycan, Bakı, 9 yanvar / Trend , müxbir S.Əliyev/ Azərbaycanın Gəncə avtomobil zavodunda Belarus traktor zavodunun asma avadanlığı ilə təchiz olunmuş ilk traktor hazırlanıb. Bu barədə çərşənbə günü Azərbaycan müəssisəsinin rəhbəri Xanlar Fətiyev məlumat verib.

"Gələcəkdə müəssisədə 15 modifikasiyalı asma avadanlıqla təchiz olunmuş traktorların buraxılması planlaşdırılır. Avadanlıqların çeşidi müxtəlif olacaq - şəhər təsərrüfatından kənd təsərrüfatına qədər" - deyə Fətiyev bildirib.

İlk traktoru Ağstafa rayon İcra Hakimiyyəti əldə edib. Zavodun marketinq xidmətinin araşdırmalarına müvafiq olaraq ildə 250-300 ədəd asma avadanlıqla təchiz olunmuş traktorların istehsal edilməsi gözlənilir.

Hazırda zavodda altı modifikasiyalı traktor istehsal olunur. Onların dəyəri 13 min manat ilə 35 min manat arasında olacaq. Minsk avtomobil və Minsk traktor zavodlarının istehsalı olan yük avtomobil və trakorlarının bütün qammalarının Azərbaycanda yığılması və satışı üzrə müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb.

Yığım 15 min kvadrat metrlik ərazidə həyata keçirilir. Gəncə zavodu ildə 1000 yük maşını və 2000-ə qədər traktor yığmaq iqtidarındadır.

Xəbər lenti

Xəbər lenti