...

Azərbaycan Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin boş qalmış rəhbəri vəzifəsi tutulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral/ " müxbir İ.Xəlilova/ Azərbaycan Nazirlər Kabinetinin iqtisadiyyat və pul-kredit siyasəti şöbəsinin yarım il ərzində boş qalmış rəhbəri vəzifəsinə Şain Sadıqov təyin edilib. Bu barədə cümə günü Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat veriblər. Əvvəllər şöbəyə Oqtay Haqverdiyev başçılıq edib.

Sadıqov bu vəzifəyə təyin edilənədək İqtisadi İnkişaf Nazirliyinin iqtisadi inkişaf siyasəti və proqnozlaşdırma şöbəsinə başçılıq edib. Onun xidmət siyahısında aşağıdakı vəzifələr sadalanır: Azərbaycan Dövlət İqtisad Universitetində prorektor, maliyyə nazirinin məsləhətçisi, Maliyyə Nazirliyində mərkəzi orqanlar üzrə xəzinədarlıq şöbəsinin rəhbəri.

Sadıqov Bakı Dövlət Universitetini bitirib, aspiranturanı isə Moskva Dövlət Universitetində oxuyub. O, iqtisadi elmlər doktorudur.

Evlidir, iki uşağı var.

Xəbər lenti

Xəbər lenti