...

Yanvarda Azərbaycanda inflyasiya 2,6 faizi keçib - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / " müxbir Ü.İsmayılova / Yanvarda Azərbaycanda inflyasiyanın səviyyəsi 2,64 faiz təşkil edib, bu da 2007-ci ilin yanvarına nisbətən 20 faiz azdır - cümə axşamı "İqtisadi araşdırmalar mərkəzi" QHT-nin başçısı Qubad İbadoğlu deyib.

"Bu göstəricilərə əsasən, mən, ölkə hökuməti kimi, 2008-ci ildə inflyasiyanın səviyyəsinin birrəqəmli həddə saxlanacağına inanmıram" - İbadoğlu deyib.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda inflyasiya 2,5 faiz təşkil edib. 2007-ci ilin yanvarında inflyasiyanın səviyyəsi 6,4 faiz təşkil edib. 2007-ci ilin yanvarında istehlakçı qiymətinin artımına Tarif Şurasının enerji daşıyıcıları və kommunal xidmətlərin qiymət artımı haqqında qərarı təsir göstərib.

İbadoğlunun sözlərinə görə, yanvarda ən yüksək qiymət artımı ərzaq mallarında müşahidə olunub - 3,9 faiz, Bakıda - 3,99 faiz, ölkə regionlarında - 3,79 faiz. Yanvarda qeyri-ərzaq mallarının orta qiymət artımı göstəricisi - 1,33 faiz, Bakıda - 1,92 faiz, regionlarda - 0,57 faiz olub. Xidmətlərin qiymət artımı 0,94 faiz, Bakıda - 1 faiz, regionlarda - 0,87 faiz müşahidə olunub.

Təşkilatın hesablamalarına əsasən, 2007-ci ildə inflyasiyanın səviyyəsi 28,96 faiz, Dövlət Statistika Komitəsinin məlumatına görə - 16,7 faiz səviyyəsində olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - Ulviyya

Xəbər lenti

Xəbər lenti