...

Rusiyanın Mərkəzi Bankı ABB -Moskvanın fəaliyyəti üzərindən məhdudiyyəti götürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral/ " müxbir İ.Xəlilova/ Yaxın illərdə Azərbaycan Beynəlxalq Bankı - Moskva (ABB - Moskva) "aktivlər", "kredit portfeli", "hüquqi şəxslərə kredit" göstəriciləri üzrə 100 iri Rusiya bankının siyahısına daxil olmağı planlaşdırır. ABB-dən bu gün Bankın TOP200 səviyyəsinə çatdığını qeyd ediblər.

2007-ci ilin sonunda bankın kapitalı 72 faiz artıb və 866 mln. rubl, aktivlər 6 925 mln. rubl (artım 79 faiz) təşkil edib. ABB-Moksva fəal şəkildə korporativ layihələrə kredit ayırır, Rusiya iqtisadiyyatının real sektorunun, həmçinin,RF və Azərbaycan arasında ixrac-idaxal əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirir. 2007-ci ildə vergilərin ödənilməsinədək gəlir 354 faiz artaraq 95,3 mln. rubl təşkil edib.

2007-ci ildə ABB-Moskva fiziki şəxslərin müddətli ehtiyatlarının cəlb edilməsinə böyük diqqət ayrırıb. İlin sonunda depozit portfelinin həcmi 91 faiz artıb və 291 mln. rubl təşkil edib. Fiziki şəxslərin-müştərilərin vəsaitlərinin ümumi həcmi 72 faiz - 386 mln. rubladək artıb.

Ötən il verilmiş banklararası kreditlərin həcmi 5 048 mln. rubl, veksel və Rusiya bank və şirkətlərinin istiqrazları ilə əməliyyatların həcmi 199 mln. rubl təşkil edib. ABB-Moskva Raiffeisen Bank ilə birgə Rusiya banklarına 35 mln. rubl həcmində sindikatlaşdırılmış kreditlərin təşkilində iştirak edib. 2007-ci ildə ABB-Moskva özünün əsas fəaliyyətinin fondlaşdırılması üçün xarici banklardan bir il müddətinə $50 mln. məbləğində sindikatlaşdırılmış kredit alıb.

2007-ci ildə bank fəaliyyət növləri üzrə son məhdudiyyətləri ləğv edən baş lisenziya alıb. Bundan əlavə, tən il Moskva şəhəri Hökumətinin səlahiyyətli bankı kimi,ABB-Moskvanın statusu təsdiq edilib və uzadılıb, növbəti ikiillik dövr üçün proqram təsdiq edilib.

ABB-Moskva Azərbaycan Beynəlxalq Bankının RF ərazisində fəaliyyət göstərən və 100 faiz Azərbaycan kapitalına məxsus birinci və yeganə Azərbaycan bankıdır.

Xəbər lenti

Xəbər lenti