...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend / Martın 7-də Bakı Fond Birjasında Milli Bankın 10300420S dövlət qeydiyyat nömrəli qısamüddətli ismtiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib,- Birjanın cümə günü yaydığı məlumatda belə deyilir.

Həraccada iştirak edən iki iştirakçı tərəfindən verilən sifarişlərin həcmi nomanal üzrə 434 000 AZN təşkil edib. Sifarişlər 95.67 faiz (gəlirlilik 10.94 faiz) və 95.70 faiz (gəlirlilik 10.86 faiz) qiymət intervalında təqdim edilib.

Rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.67 faiz (gəlirlik10.94 faiz), orta ölçülmüş qiymət - 95.70 (gəlirlik 10.86 faiz) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 265 600 AZN məbləğində müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 05 avqust 2008-cb ildir.

Xəbər lenti

Xəbər lenti