...

Ilin əvvəlindən Naxçıvan MR-da 5 mln. manata yaxın kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 22:43 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbr E.Məmmədov/ Bu ilin ilk 3 ayında Naxçıvan MR-də 5 milyon manata yaxın kredit verilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Muxtar Respublikanın inzibati ərazisində fəaliyyət göstərən bank strukturları və digər kredit təşkilatları tərəfindən sahibkarlara 2008-ci ilin yanvar-mart ayları ərzində 4,811 milyon manat kredit verilmişdir. Verilmiş kreditlərin 1,853 milyon manatı qısamüddətli, 2,957 milyon manatı isə uzunmüddətli kreditlərdir.

Kreditlərin 1,328 milyon manatı kənd təsərrüfatı üzrə, 60 min manatı balıqçılıq üzrə, 2,837 milyon manatı sənaye üzrə, 425,5 min manatı ticarət üzrə, 160,3 min manatı isə sosila və şəxsi xidmətlərin göstərilməsi üzrə verilmişdir.

Xəbər lenti

Xəbər lenti