...

Azərbaycan Beynəlxalq Bankı birja bazarı operatorları arasında lider olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may/ Trend / Azərbaycan Beynəlxalq Bankı 2008-ci ilin aprelində yenidən ADV birja bazarının operatorları arasında lider olub. Bu barədə Bakı Banklararası Valyuta Birjasının məlumatında deyilir.

Hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna Azərbaycan Beynəlxalq Bankı, Unibank" ASC, "Texnikabank" ASC, "Kapital Bank" və "Azəriqazbank" ASC daxil olublar.

BANKLAR ÜMUMİ HƏCMİNDƏKİ PAYI (faizlə)
Azərbaycan Beynəlxalq Bankı 36,99%
"Unibank" 10,21%
"Texnikabank" 7,59%
"Kapital Bank" 5,74%
"AGBank" 3,18%

Ümumi hesabda cari ilin aprel ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 27 bank iştirak edib. Hesabat dövründə "Birja Elektron Sistemində Ticarət"in (BEST) 44 ticarət sessiyasında 129 əqd qeydə alınıb. Valyuta bölməsində ticarətin həcmi isə ötən ayda 161,583 mln. manat və dollar ekvivalentində 195,031 mln. təşkil edib,. EUR/AZN və RUR/AZN alətləri üzrə qeydə alınan əqdlərin həcmi 487,655 min. manat təşkil edib. Mart ayı ilə müqayisədə, valyuta bölməsinin həcm göstəriciləri hesabat ayında 35,52% azalıb, orta günlük dövriyyə isə, dollar ekvivalentinlə 19,975 mln. 8,865 mln. düşüb. Bu zaman qeydə alınan hər əqdin orta həcmi apreldə $1,512 mln. bərabər olub, halbu ki əvvəlki ayda həmin göstərici $3,026 mln. təşkil edirdi.

Elektron sistemdə qeydə alınan əqdlərin sayı aprel ayında 30% artıb. Eyni zamanda, ötən ilin müvafiq ayı ilə müqayisədə, birjanın apreldəki xarici valyutalar üzrə dövriyyəsi 54,803 mln. AZN və yaxud 51,32% çoxdur.

Umumi hesbda cari ilin yanvar-aprel ayları üzrə həcm göstəriciləri 696,09 mln. manata və yaxud $830,756 mln. çataraq, ötən ilin müvafiq aylarındakı dövriyyəni 1,93 dəfə üstələyib.

Hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,36% artıb - hər USD görə 0,8316-dən 0,8286 AZN qədər.Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi aprel ayında 0,8285 bərabər olub, halbuki, martda bu göstərici 0,8364 AZN təşkil edirdi. Son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi ilin əvvəlindən 2%, keçən ilə nisbətən 4,29% artıb.

Xəbər lenti

Xəbər lenti