Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir İ.Xəlilova/ Böyük Britaniya Azərbaycana yatırılan əcnəbi sərmayələrin həcminə görə liderliyini saxlamaqda davam edir və yanvar-apreldə ümumi əcnəbi sərmayələrdə onun pay 46,5 faiz təşkil edib. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsindən məlumat veriblər. Lakin Böyük Britaniyanın sərmayələri ötən ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz azalaraq, 359,359 mln. manat təşkil edib.
Yanvar-apreldə əcnəbi ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin 96,3 faizi (734,4 mln. manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Cənubi Koreyadan olan sərmayədarların payına düşür.
Amerikanın sərmayələri 14,6 faiz azalaraq 169,009 mln. manat (xüsusi çəkisi 21,9 faiz), yapon sərmayələri 15,9 faiz azalaraq 88,407 mln. manat (11,4 faiz), Norveç - 11,6 faiz azalaraq 55,426 mln. manat (7,2 faiz), Türkiyə - 15,6 faiz azalaraq 32,048 mln. manat (5,6 faiz), Fransa - 5,3 dəf artaraq 6,181 mln. manat (0,8 faiz), Rusiya sərmayələri 2,9 dəfə artaraq 1,863 mln. manat (0,2 faiz) və s. təşkil edib.
BMİ arasında ən böyük sərmayə həcmi 53,1 faiz artaraq, 10,899 mln. manat həcmində, Dünya Bankı tərəfindən yatırılıb. DB-nin sərmayələrinin xüsusi çəkisi 1,4 faiz olub. Asiya İnkişaf Bankı yanvar-fevralda Azərbaycanda layihələrin reallaşdırılmasına 62,8 faiz azalma ilə 2,656 mln. manat (0,3 faiz), İslam İnkişaf Bankı - 160,1 dəfə artımla 2,258 mln. manat (0,3 faiz), Küveyt İqtisadi İnkişaf Fondu - 44,9 faiz artımla 1,726 mln. manat (0,2 faiz) yatırıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]