...

GUAM-ın vahid fond bazarının yaradılması Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın fond birjalarının inkişaf səviyyəsinin artırılmasını tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2008 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir İ.Xəlilova/ GUAM-a üzv ölkələr (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) vahid fond bazarının yaradılmasında maraqlıdırlar. Lakin, onun səmərəliliyi üçün, ilk növbədə, milli fond birjaların inkişaf səviyyəsinin artırılması tələb olunur.

Ukrayna Bankları Assosiasiyasının prezidenti Aleksandr Suqonyako Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" konfransında bildirib ki, ölkələrin fond bazarları hələ zəif inkişaf edib və onların təşəkkül dövründə vahid prinsiplər işləməklə, fəaliyyətlərini koordinasiya etmək lazımdır. İnstitusional problemlərə görə, bu gün Ukrayna banklarının aktivlərində qiymətli kağızlar portfeli cəmi 5-7 faiz təşkil edir.

"Hazırki mərhələdə fond birjalarının nümayəndələri qarşılıqlı fəaliyyət göstərə bilməzlər", - Suqonyako hesab edir.

Gürcüstan bankları Assosiasiyasının prezidenti Zurab Qvasaliyanın rəyinə görə, ölkələr fond birjalarının inteqrasiyası məsələsinin öyrənilməsinə başlaya bilərlər və bu, çətinlik törətməyəcək. Belə ki, artıq banklararası valyuta birjalarının inteqrasiyası üzrə məsləhətləşmələr aparılır. Bu təşəbbüs bu gün Azərbaycan və Gürcüstan arasında fəal müzakirə olunur. O fəaliyyətin bu istiqamətini çox maraqlı hesab edir. Əməkdaşlığın inkişafı üçün Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova fond birjalarının rəhbərlərinin görüşü təşkil oluna bilər.

Moldova Bankları Assosiasiyasının rəhbəri Dmitri Ursu əvvəlcə ölkələrin fond birjalarında şirkətlərin listinqini təşkil etməyi təklif edir ki, bu onların arasında əməkdaşlığın inkişafı üçün zəruridir.

"GUAM ölkələrinin fond bazarları hələ kiçikdir və inteqrasiya əvvəlcə hər bir ölkənin daxilində keçməlidir, - Azərbaycan bankları Assosiasiyasının rəhbəri Eldar İsmayılov hesab edir. Lakin, fond və valyuta birjalarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi Bank Assosiasiyaları Koordinasiya Şurasının vəzifələrindən biri olacaq".

Azərbaycan Milli Bankının nümayəndəsi Rəşad Orucov gələcək inteqrasiya ilə fond birjalarının inkişafının zəruri olduğunu dəstəkləyib. Korporativ istiqrazların buraxılmasını və səhmlərinin birja vasitəsilə satışını birinci təşkil etmiş banklar bu gün Azərbaycanda qiymətli kağızlar bazarında əsas oyunçulardır.

"İnteqrasiyasının səmərəliliyi üçün GUAM ölkələri bazarları müəyyən inkişaf mərhələsinə çatmalıdırlar", - Orucov qeyd edib.

Mayın 30-a olan rəsmi məzənnə - 0,8248 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti