...

"Bank Respublika"nın aktivləri bu ilin əvvəlindən 15% -dən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend / "Bank Respublika"nın aktivləri bu ilin əvvəlindən 16,5% artaraq, 2008-ci il iyunun 1 nə 295 mln. manat olub. Bu barədə bankın cümə günü yayılan məlumatında bildirilir.

Bankın kredit portfelinin həcmi isə, bu ilin yanvar-may ayları ərzində 33% artaraq, 211,9 mln. manata çatıb.

Müştərilərin depozitləri hesabat dövründə 18,9% artaraq 132,5 mln. manatı keçib. Əhalinin əmanətlərinin həcmi isə 18,6% artaraq bu ilin 1 iyun tarixinə 62,1 mln. manat olub.

"Bank Respublika"nın 2008-ci ilin yanvar-may ayları ərzində məcmu kapitalı 44,4% artaraq, 34,1 mln. manata çatıb. 1 iyun 2008-ci il tarixinə Bankın Nizamnamə kapitalı 12,6 mln. manat olub.

"Bank Respublika"nın bu ilin yanvar-may ayları ərzində gəlirləri 20,8 mln. manat, xərcləri isə 15,9 mln. manat təşkil edib. Bu dövr ərzində Bankın balans mənfəəti 4,9 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti