...

Azərbaycanda keyfiyyətsiz qida məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2008 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21iyul/ Trend , müxbir Ü.İsmayılova/İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ərzaq bazarının monitorinqi nəticəsində, normativ-texniki qaydaların pozulmasına görə 23 min manat cərimə qoyub. Bu barədə bazar ertəsi Dövlət Xidmətindən məlumat veriblər.

Ümumilikdə, Dövlət Xidməti tərəfindən iyun ayında aparılmış monitorinqlər zamanı 162 adda 1553 ədəd normativ texniki sənədlərin tələblərinə uyğun olmayan, 462 adda 5766 ədəd saxlama müddəti keçmiş və 266 adda 1686 ədəd mənşəyi məlum olmayan ərzaq məhsulları aşkarlanıb.

Bunlardan 462 adda 5736 ədəd ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib, 266 adda 1686 ədəd məhsul isə, mənşəyinin aydınlaşdırılması məqsədilə satışdan çıxarılaraq maddi -məsul şəxsə təhvil verilib.

Bakıda "Zolotaya LTD"yə məxsus ticarət anbarında keçirilmiş yoxlama zamanı yararlılıq müddəti ötmüş, lakin istehsal tarixi dəyişdirilərək saxta markalanan 648 ədəd, yararlılıq müddəti keçmiş 2258 ədəd biskvit və qənnadı məhsulları aşkarlanıb. Bu məhsullar məhv edilib və obyektin sahibinə inzibati qaydada cərimə tətbiq edilib.

Dövlət Xidmətinin Abşeron regional sektoru 31 adda müxtəlif yeyinti məhsulları da aşkarlayaraq satışdan çıxarıb, onların sahiblərinə isə, cərimələr tətbiq olunub.

Xidmətin regional bölmələri Ucar, Bərdə, Göyçay, Ağdaş, Kürdəmir, Ağcabədi, Sabirabad rayonlarında və Şirvan şəhərində monitorinqlər aparıb, nəticədə 46 adda 379 ədəd yararlılıq müddəti ötmüş, 15 adda 109 ədəd mənşəyi məlum olmayan mallar aşkar edilib.

Aran regionunun ticarət obyektlərində keçirilən yoxlamalar zamanı kərə yağı adı altında marqarin tərkibli yağın satılması faktı aşkar edilib və satışdan çıxarılıb.

Quba-Xaçmaz regional sektorunun əməkdaşları apardıqları yoxlamalar zamanı 4 min ədəd normativ-texniki sənədlərə cavab verməyən "Riçal" suyu, 108 ədəd qazlaşdırılmış süfrə suyu, 341 ədəd qablaşdırılmış yeyinti məhsulları satışdan çıxarılıb.

Lənkəran regionunda keçirilən anoloji tədbirlər nəticəsində, 24 adda 61 ədəd istifadə müddəti keçmiş, 57 adda 360 ədəd mənşəyi məlum olmayan istehlak malları satışdan çıxarılıb, obyekt sahibləri isə, inzibati qaydada cərimələnib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti