...

Gürcüstan və İsveçrə hava nəqliyyatı haqqında razılaşma imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2008 17:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyul/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın Dövlət dəftərxanasında Gürcüstan və İsveçrə arasında hava nəqliyyatı haqqında razılaşma imzalanıb. Razılaşmanı Gürcüstan hökuməti adından iqtisadi inkişaf naziri Yekaterina Şaraşidze, İsveçrə tərəfindən bu ölkənin Gürcüstandakı səfiri Lorenso Amberq imzalayıblar.

İmzalanma mərasimindən sonra Gürcüstan iqtisadi inkişaf nazirinin dediyinə görə, rəsmiləşdirilmiş razilaşma nəticəsində, aviamüəssisələrə müstəqil surətdə uçuşların tariflərini, reyslərin tutumunu və onların tezliyini müəyyənləşdirmək imkanı verilir. Hava nəqliyyatı isə, ölkələrin ərazisində beynəlxalq uçuşların yerinə yetirildiyi bütün məntəqələr arasında mümkün olacaq.

Bundan başqa, razilaşma aviadaşıyıcılara ikinci ölkədən üçüncü ölkə istiqamətində verilən daşıma hüququnu, "beşinci havanın azadlığı"adlandırılan əlavə kommersiya hüququnun verilməsini nəzərdə tutur.

Gürcü aviadaşıyıcılarının İsveçrə vasitəsilə Avropanın hər hansı ölkəsinə tranzit, İsveçrə aviaşirkətlərinin isə, Gürcüstan vasitəsilə Yaxın Şərqin hər hansı ölkəsinə uçuşları yerinə yetirmək imkanı yaranacaq.

İndiyədək iki ölkə arasında hava nəqliyyatı razılaşması yox idi. Şaraşidzenin bildirdiyinə görə, bu razilaşma iki ölkənin həm siyasi, həm də iqtisadi münasibətlərinin dərinləşməsinə kömək edir. O qeyd edib ki, qarşılıqlı səhmlərə kömək və ikili vergidən yayınma üzrə razılaşma da hazırlanır.

Xəbər lenti

Xəbər lenti