...

"Avstriya Hava Yolları" satılacaq, lakin səhmlərin 25.1 faizi avstriyalıların əlində qalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2008 12:58 (UTC +04:00)

Avstriya, Vyana, 07 avqust/ Trend , müxbir A.Ələsgərov/ Avstriya hökuməti "Austrian Airlines"ın özəlləşdirilməsinə icazə verəcək, lakin səhmlərin 25.1 faizi avstriyalıların əlində olmalıdır. Bu azlıq təkcə dövlətdən deyil, şəxsi səmdarlardan da ibarət ola bilər

Dünən SPO və OVP partiyaları arasında yüksək səviyyəli 2,5 saatlıq qızğın müzakirələrdən sonra özəlləşdirməyə dair razılıq əldə olunub. İnfrastruktur naziri Verner Feymann və maliyyə naziri Vilhelm Molterer yekdil fikrə gəliblər: azlıq avstriyalılarda qalmalıdır, lakin bu səhmlər, bank və sığorta şirkətləri kimi, eynilə yerli səhmdarlar tərəfindən də alına bilər. Özəlləşdirmə ilə bağlı sifariş nazirlərin avqustun 12-də keçiriləcək növbəti şurasında veriləcək.

İyulun sonunda şirkətin səhm paketlərindən əl çəkmək niyyətini bildirmiş Avstriyanın Dövlət Şirkəti OIAG-yə "Austrian Airlines"ın 42,75 faiz qiymətli kağızları məxsusdur. Buna səbəb aviaşirkətin düşdüyü çətin maliyyə vəziyyəti olub.

"Austrian Airlines"ın payına alman "Lufthansa", fransız-holland Air France-KLM və "Turkish Airlines" sahib olmaq istəyirdilər. Əvvəllər deyildiyinə görə, Avstriya aviadaşıyıcısının əksər müşahidəçi şurası üstünlüyü "Lufthansa"ya verib. Rusiyanın "Aeroflot"u da "Austrian Airlines"ı almaq barədə niyyətini bildirib, lakin iyulun 30-da şirkətin sahibləri ilə danışıqları dayandırıb.

Dünən keçirilmiş mətbuat konfransında heç kəs yerli azlıq sahiblərinin almanlara problem yaradacağı barədə verilmiş suala cavab vermək istəməyib. İndi aydın deyil, kim 25.1 faiz səhmləri əlində saxlayacaq. Hazırda özündə mərkəzi bank Raiffeisen (RZB), Avstriya bankını və Vyana Sığorta Qrupunu (VIG) birləşdirən sindikat, əlində hələ də 7.25 faiz səhmləri saxlamaqdadır. Indi təmsil olunması və faizin artıb-artmaması, OIAG sindikatından asılıdır. "Qənaətbəxş qərar qəbul edilsə, onu bizə görə pozmazlar", - RZB-nin spikeri Andreas Eker vurğulayıb.

Xəbər lenti

Xəbər lenti