Azərbaycan, Bakı, 28 avqust/ Trend , müxbir Ü.İsmayılova/ Əvvəllər İİN nəzdində Sahibkarlığın Dəstəklənməsi Milli Fondunun rəhbəri vəzifəsində işləmiş Elçin Zeynalov Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN) nəzdində Antiinhisar Xidmətinin rəisi təyin edilib,- cümə axşamı nazirlikdən bildiriblər. Zeynalov bu vəzifədə Samir Dadaşovu əvəz edib.
İİN nəzdində Sahibkarlığın Dəstəklənməsi Milli Fondunun rəhbəri vəzifəsinə əvvəllər İİN nəzdində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə rəhbərlik etmiş Xaliq Məmmədov təyin edilib. Məmmədovu bu vəzifədə Dövlət Xidməti rəhbərinin keçmiş müavini Aslan Cəfərov əvəz edib.
Təyinatlar Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev tərəfindən təsdiqlənib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]