...

"The Economist" Azərbaycanda ÜDM artımının düşəcəyini proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir İ.Xəlilova/ 2012-ci ilədək Azərbaycanda ÜDM-nın artım tempi 5-6 faizədək düşəcək. Bu barədə cümə axşamı "The Economist" jurnalının araşdırmalar sektorunun baş redaktoru Anna Uolker jurnalın yaxın beş il ərzində Azərbaycanda makroiqtisadi vəziyyət üzrə hazırladığı hesabata istinadən bildirib.

Bu hesabat Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər bu kimi beynəlxalq təşkilatların məlumatları əsasında hazırlanıb. Azərbaycan hökumətinin rəsmi məlumatına görə, gələn il ÜDM-nın artım tempi 18 faiz səviyyəsində gözlənilir.

Uolker bildirib ki, Azərbaycanda infilyasiya gözləmələri də tədricən düşəcək. 2009-cu ildə bu göstərici 18 -20 faiz, 2012-ci ildə isə 7 faiz səviyyəsində olacaq. Redaktor bildirib ki, Azərbaycanda iqtisadi proqnozlar neft gəlirlərindən asılıdır.

Azərbaycan hökumətinin məlumatına görə, 2008 - ci ilin sonunadək 23 faiz səviyyəsində inflyasiya gözlənilir. Hökumət inflyasiyanın səviyyəsini 2011-ci ilədək birrəqəmli səviyyəyə endirmək üçün səy göstərmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - capital

Xəbər lenti

Xəbər lenti