Azərbaycan, Bakı, 16 sentyabr/ Trend , müxbir S.Əliyev/ Palmali Şirkətlər Qrupu on illik fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş kimi tanıtdıraraq, biznesin müxtəlif sahələrində böyük iş təcrübəsi qazanıb. Oxucuların diqqətinə Palmali-nin prezidenti Mübariz Mənsimovla müsahibəni təqdim edirik.
- Sizin rəhbərlik etdiyiniz şirkətin ünvanına ən yaxşı fikirlər deyilir. Bu fikirlərin coğrafiyası o qədər genişdir ki, adam çaşıb qalır: Siz həm Türkiyədə, həm Rusiyada və həm də Azərbaycandasınız... Bəs Siz özünüz Palmali-nin milli mənsubiyyətini necə müəyyən edərdiniz?
- Bu hərdən şişirdilir, burada, Türkiyədə Palmali-ni Rusiya şirkəti kimi görürlər, Rusiyada bizi Türkiyə, Maltada isə, Türkiyə-Rusiya şirkəti hesab edirlər. Buna görə də mən Palmali-ni beynəlxalq nəqliyyat şirkəti hesab edirəm. Burada 45 minə yaxın adam işləyir, onların əksəriyyəti keçmiş Sovet İttifaqından olanlardır.
Bizim fəaliyyət göstərdiyimiz hər bir dövlətdə müstəqil şirkətlərimiz qeydiyyatdan keçib. İlkin kapital Maltada qeydiyyatdan keçmiş Holdinqimiz tərəfindən edilib. Biznesimizin əvvəli isə, hazırda baş ofisimizin yerləşdiyi Türkiyədən başlayıb. Biz, hər şeydən əvvəl, beynəlxalq dəniz daşımaları ilə məşğuluq. Ötən il 78 mln.tona yaxın neft və neft məhsulları daşımışıq.
- Bu yaxınlarda Palmali/SOCAR Alyansı tərəfindən Türkiyənin tikinti şirkəti Tekfen-də iştirak payının alınması üzrə böyük sövdələşmə bağlanması haqqında elan edilib. Alyans Tekfen-i $37 milyard dəyərində işlə təmin edəcək. Bu vəsaitlər çərçivəsində hansı işlərin həyata keçirilməsi nəzərdə tutulub?
- Bütün birgə layihələr təkcə Azərbaycanda deyil, həm də Palmali Şirkətlər Qrupunun fəaliyyət göstərdiyi başqa ölkələrdə də həyata keçiriləcək. Şirkətin dünyanın doqquz dövlətində 19 nümayəndəliyi var.
- Palmali dünyanın ən iri donanmalarından birinə sahibdir. Onun yaxın və orta perspektivdə genişləndirilməsi ilə bağlı hansı palnları var?
- Hər il Palmali Şirkətlər Qrupu yeni gəmilər almaqla və tikməklə donanmasının yük qabiliyyətini artırır. Üç il ərzində tanker və quru yük gəmilərinin daxil olduğu 25 qarışıq növlü gəmilərin tikintisi üzrə müqavilələr artıq imzalanıb. Ötən il on tankerin tikintisini nəzərdə tutan müqavilə imzalanıb. "Yeni Armada"tipli 5 gəminin 2008-ci ildə təhvil verilməsi, qalan beş gəminin ilkin təhvil müddəti isə 2009-cu ildir.
İlk tanker ötən ilin mayında, dördü isə iyunda istehsal edilib. 2008-ci ilin fevralında daha beş tankerin əsası qoyulub, onların da i 2009-cu ild təhvil verilməsi nəzərdə tutulur. "Yeni Armada"tipli gəmilərə "Eko-layihə"dərəcəsində əlavə nişan verilib. Nişanın olması, artıq layihələşdirilmə mərhələsində bu gəmiyə qəza vəziyyətlərində çirkləndirmənin qarşısının alınması üzrə əlavə tələblər tətbiq edildiyi deməkdir. Bu gəmilər Qara Dəniz, Azov, Baltik və Aralıq Dənizlərində neft və neft məhsullarının daşınması üçün istifadə eiləcək.
- Palmali Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Bakı -Tbilisi -Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına çatdırılan Azərbaycan neftinin nəqlində sıx əməkdaşlıq edir. Bu layihə indi hansı mərhələdədir? Azərbaycan neftinin daşınması üçün yeni gəmilərin cəlb edilməsi nəzərdə tutulubmu?
- Ötən ildən etibarən, şirkətimiz Bakı-Tbilisi -Ceyhan layihəsi üzrə iritonnajlı gəmiləri almağa başlayıb. Ötən il biz "Suesmaks"dərəcəli 165 min dedeveytlik, hər biri 96 mln.dollar olan iki tanker almışıq. Hər iki tanker Cənubi Koreyada Hyundai Heavy Industries şirkətinin tərsanəsində tikilib. Bu gəmilər maye yüklərin daşınmasında təhlükəsizlik baxımından dünyanın aparıcı şirkətləri tərəfindən bəyənilib. Bu tankerlərin alınmasında başlıca məqsəd - Palmali və ARDNŞ arasında imzalanmış uzunmüddətli müqaviləyə uyğun olaraq, neft xammalının Ceyhan limanından nəqlidir.
Gəmilər Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və onun həyat yoldaşı akademik Zərifə Əliyevanın şərəfinə adlandırılıb.
İlin sonunadək Yaponiya istehsalı olan"Afromaks"tipli iki tankerin alınması üzrə də müqavilə imzalanıb. Hər bir tankerin dedveyti 105 min ton, uzunluğu 237,74 metr, eni 43,03 metrdir. Alış-satış müqaviləsinin dəyəri 160 mln. dollardır. Alınan tankerlər BTC vasitəsilə Aralıq Dənizinin sahilinə vurulan nefti daşıyacaq. Tankerlər "Azərbaycan"və "Bakı" adlanacaq.
Gələn il "Suesmaks"və "Afromaks"tipli iki gəminin alınması planlaşdırılıb. BTC layihəsi üzrə iritonnajlı gəmilərin sayı səkkizə çatdırılacaq. 2009-cu ilin sonunadək BTC üzrə gəmilərin alınmasına ümumilikdə $500 mln. xərclənəcək.
-Mümkünsə, Palmali-nin çay və dəniz daşımalarından başqa daha nə ilə məşğul olması haqqında danışın
- Bizim hazırda üç təyyarəsi olan VİP aviaşirkətimiz var, əlavə olaraq, ikisi də bu il alınacaq. Aviaşirkəti biz Tekfen qrupundan iki il bundan əvvəl almışıq. Bu, Türkiyədəki ilk özəl şirkətlərdən biridir. O, 1953-cü ildə yaradılıb. Əvvəllər Tekfen-avia, indi Palavia adlanır. İndi biz yük versiyalı iki Boeing-737 təyyarəsinin alınması üzrə danışıqlar aparırıq. Beləliklə, gələn ildən bizim üçün yeni olan yük aviadaşımaları bazarında özümüzü sınayacağıq. Biz Falcon hava gəmilərinin təmiri ilə də məşğuluq və Dassault ilə birlikdə İstanbulda xidmət mərkəzi açırıq. Bizim Türkiyə və Azərbaycan bazarlarında fəal iş aparan tikinti şirkətimiz də var. Türkiyədə ən böyük xəstəxana tikirik. O, ilin sonunadək istifdəyə veriləcək Baku mehmanxanasını qururuq, süd zavodumuz da var. Bundan başqa, iki radiostansiyanın, internet-portalın və jurnalın daxil olduğu mediya-qrupumuz da var. Bizim əsas işimiz- nəqliyyat və logistikadır, lakin iştirak etdiyimiz başqa seqmentlər də var.
- Media-aktivlərin genişləndirilməsi üzrə perspektivlər hansılardır?
- Ötən ilin avqustunda 35 milyonluq auditoriyanı əhatə edən PAL FM radiostansiyası yayımlanmağa başlayıb. Onun proqramları İstanbulda və əhalinin sıx məskunlaşdığı Mərmərə regionunda, İzmir, Bursa, Bolu, Balıkesir, Ədirnə və Çanaqqala əyalətlərində yayımlanır. Palmali bütün Türkiyə ərazisinə yayımlanan daha bir FM radiostansiyanı alıb. Biz PAL Haber adı altında internet-portal açmışıq.
- Şirkət sosial layihələrin realizəsi üzrə fəal işini bundan sonra da davam etdirmək niyyətindədirmi?
- Gələn ilin iyununda İstanbulda Palmali Şirkətinin tikdiyi ən böyük xəstəxanalardan birinin açılışı planlaşdırılıb. Analoji layihəyə bu ilin sonu - gələn ilin əvvəlində Bakıda başlamaq fikrindəyik.
Lənkərandakı zavodumuzda Pal Süd ticarət markası altında istehsal olunan süd məhsullarının artırılması üzrə fəal iş aparılır. Müasir standartlara uyğun tikilmiş müəssisə, 25 növ məhsul istehsal edir. Gündəlik emal gücü 150 tonu ötür. Ümumilikdə Lənkəran rayonunda gündə 150 ton süd istehsal edilir. Məhz bunu nəzərə alaraq, yeni emal müəssisəsi yaradılıb. Zavod minlərlə ailəni işlə təmin edib.
Biz Pal Süd-ü milli ticarət nişanı etmək istəyirik. Planımızda qida məhsulları sahəsi üzrə yeni layihələr də var.