...

Bakı Banklararası Valyuta Birjası sentyabrın 17- nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, sentyabrın 17-də USD/AZN orta ölçülü məzənnəsi, hər ABŞ dollarına görə, 0,8114 AZN AZN təşkil edib. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi, hər ABŞ dollarına görə, 0,8114 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə sövdələşmələrin həcmi 317460 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən sabit qalıb.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birja Elektron Sistemində Ticarət" ümumi həcmi USD/AZN aləti üzrə $ 390 000 ABŞ dolları və ya 317 460 AZN təşkil edib.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,86%, ABŞ dolları üzrə isə, illik 17,86% təşkil edib.

Gün ərzində banklar arasında həcmləri 1 000 000 USD və 5 200 000 USD müddətləri 30 və 90 gün və faiz dərəcələri 16,00% təşkil edən əqdlər qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti