...

Bank böhranının artması Avropa hökumətlərini dövlət maliyyələri sahəsində  dərk edilmiş risklərə məcbur edir - Moody's agentliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2008 10:49 (UTC +04:00)
Bank böhranının artması Avropa hökumətlərini dövlət maliyyələri sahəsində  dərk edilmiş risklərə məcbur edir - Moody's agentliyi

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Amerika və dünya kredit bazarlarının fəaliyyətində presedentsiz fasilələr Avropada əksər banklar və bank sistemlərinə toxunan və bir çox ölkələrdə hökumətləri cəsarətli tədbirlər görməyə məcbur edən likvidlik probleminə səbəb olub, - Moody's Investors Service beynəlxalq reytinq agentliyi məlumat verir.

Avropa hökumətləri son nəticədə öz ölkələrinin iqtisadiyyatlarının həyat qabiliyyətini saxlamaq məqsədini güdərək, düşünülmüş şəkildə riskə gedirlər.

Bankların kreditqabiliyyətliliyi baxımından Moody's agentliyi bəzi halların qiymətləndirilməsinə yenidən baxıb və bankın kapitalının, subsidiyaların modelinin və ya uzunmüddətli işgüzar imtiyazların mövcud ixtisas həddi ilə daha uyğun olmadığı qənaətinə gəlib. "Dünya böhranı dövlət mühasibat hesabatlılığına o qədər də toxunmayıb. Eyni zamanda, bank sisteminin müdafiəsinə yönəlmiş nisbətən yavaş reaksiya, ola bilsin ki, uzun müddət ərzində ölkənin iqtisadi gücünü zəiflədərdi", - Moody's Sovereign Risk-in idarəçi direktoru Pyer Kailiteu (Pierre Cailleteau) bildirib.

Kapital inyeksiyalarını elan edən Niderland, Böyük Britaniya, Fransa, Belçika və Lüksemburq kimi ölkələrin hökumətləri üçün onların mühasibat hesabatlılığına xalis təsir azaldılıb, - Moody's güman edir. Borcun məbləği artsa da, hökumətlər aktivləri alır və yaxın gələcəkdə onları bazara qaytarmağı planlaşdırırlar.  Lakin zərurət yarandığı halda, öz ölkələrinin bank sistemlərini dəstəkləyəcəklərini elan edən əksər hökumətlər (Almaniya, Danimarka, İtaliya, Yunanıstan, Fransa, Böyük Britaniya)  üçün ictimai maliyyələrə faktiki təsir hipotetikdir.

Agentlik ekspertlərinin rəyinə görə, xilasetmə əməliyyatlarının tədbirləri bir sıra çətin suallar yaradır. Əvvəla, cari miqyasda təsadüfi borcların kristallaşdırılması idarə edilmək üçün ağırdır. İkincisi, çox ehtimal ki, cari dislokasiyalardan irəli gələcək böhranın yatırılması (deleveraging) əksər ölkələrdə iqtisadi düşməni dərinləşdirəcək.  Nəhayət, Moody's-in hökumətlərin kreditqabiliyyətliliyini qiymətləndirməsi zamanı Maastrix müqaviləsinin yuxarı həddi heç vaxt rol oynamasa da, büdcə qaydalarının zəiflədilməsi ictimai maliyyələrin ortamüddətli oriyentasiyasına dair qətiyyətsizlik yaradacaq, - Kailiteu hesab edir.

Xəbər lenti

Xəbər lenti