...

2009-cu ildə OPEK-in neft ixracından gəlirləri 1 trilyon dolları ötəcək - EIA

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2008 11:38
2009-cu ildə OPEK-in neft ixracından gəlirləri 1 trilyon dolları ötəcək - EIA

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Enerji İnformasiyası Dövlət Agentliyi (EIA) OPEK-in 2008 və 2009-cu illər üzrə illik gəlirini $1,084 trilyon məbləğində proqnozlaşdırır. Bu göstərici 2007-ci ildə $671 trilyon olub.

Cari ilin yanvar-sentyabrında OPEK-in neft ixracından gəliri $821 milyard təşkil edib. EIA -nın qiymətləndirmələrinə görə, ötən il təşkilatın gəliri 2006-cı illə müqayisədə 10 faiz artıb.

2007-ci ildə gəlirin çoxu - $194 milyard Səudiyyə Ərəbistanının payına düşüb ki, bu da OPEK-in ötən ilki gəlirinin 29 faizini təşkil edib.

EIA-nın qiymətləndirmələrinə görə, 2008-ci ildə OPEK-in neft tədarükünün həcmi sutkada 37,1 mln.barel olub. Bu rəqəm  2007-ci ildə 35,42 mln.barel olub. Proqnozlara görə, 2009-cu ildə tədarükün həcmi sutkada 0,18 mln.barel artaraq, 37,28 mln-yə çatacaq.  

Enerji İnformasiyası Dövlət Agentliyi ABŞ Departamentinin energetika üzrə strateji agentliyidir. O, Konqres tərəfindən 1977-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti