...

BVF Ukraynaya $14 milyard dollar verməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2008 17:12 (UTC +04:00)

Ukrayna, Kiyev, 17 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 14 mlrd. dollar həcmində kredit verməyə hazırdır. Bu barədə prezidentin mətbuat katibi İrina Vannikovaya istinadən, dövlət rəhbərinin mətbuat xidməti məlumat verib.

"Bu gün Ukrayna prezidenti Viktor Yuşşenko Kiyevə dövlətin maliyyə sektorunun stabilləhdirilməsi üçün 14 mlrd. dollar həcmində kredit ayırmağa hazır olan BVF nümayəndələri ilə görüş keçirəcək", - deyə məlumatda bildirilir.

Dünən Ukraynanın Baş naziri Yuliya Timoşenko bildirib ki, Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyə sisteminin stabilləşdirilməsi üçün 3 mlrd. dollardan 14 mlrd. dollaradək məbləğdə xüsusi kreditlərin ayırmasına dair məsələni nəzərdən keçirməyə hazırdır.

Dünən Ukraynanın maliyyə naziri Viktor Pinzenik jurnalistlərə bildirib ki, Ukranyanın Maliyyə Nazirliyi hələlik BVF-dən vəsaitin götürülməsinə dair məsələni nəzərdə keçirmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti