...

"Bank Respublika"nın yeddi əmanətçisi qızıl külçə qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir N.İsmayılova/ 2008-ci il noyabrın 17-də "Bank Respublika" əmanətçiləri arasında keçirilən aylıq uduş kampaniyasının növbəti tirajı nəticəsində bankın yeddi əmanətçisi qızıl külçə qazanıb. Bu barədə bankın məlumatında bildirilir.

Bankın 2 əmanətçisi hər biri 20 qram, daha 5 əmanətçisi isə hər biri 10 qram olmaqla ən yüksək 999,9 əyarlı Rusiya istehsalı olan qızıl külçələr qazanıb.

Uduş kampaniyasının qaydalarına əsasən, "Bank Respublika" əmanətçiləri arasında hər ay 2 ədəd 20 qramlıq və 5 ədəd 10 qramlıq ən yüksək 999,9 əyarlı qızıl külçələr oynanılır. Kampaniyanın əsas hədiyyəsi Honda Accord avtomobilinin qalibi isə Yeni il ərəfəsində müəyyən olunacaq.

Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bank əməkdaşları və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

"Bank Respublika"da manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 16% təşkil edir.

"Bank Respublika"nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, Home Banking və MobilBank xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, Bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

"Bank Respublika" "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Noyabrın 18-nə olan rəsmi məzənnə 0,8094 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti