...

"Eyr Astana" Beynəlxalq Bankok aeroportunun bağlanması ilə əlaqədar Tailanda reysləri təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2008 11:35 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 noyabr/ Trend , müxbir K.Konırova/ "Eyr Astana" Beynəlxalq Bankok aeroportunun bağlanması ilə əlaqədar Tailanda reysləri təxirə salıb. Bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

"Tailanda reyslər Bankokda sisyasi vəziyyətin mürəkkəbləşməsi ilə bağlı təxirə salınıb", - deyə məlumatda bildirilir.

Yüz on üç nəfərin uçmalı olduğu KS931 Almatı-Bankok reysi saxlanılıb. Lakin KS932 reysi ilə Bankokdan Almatıya geri uçmalı olan 129 nəfər sərnişin oradadır. Aviaşirkət rəhbərliyi maksimum mümkün olan yardımı göstərəcəyini vəd edib.

Beynəlxalq Bankok aeroportu ötən çərşənbə axşamı hökumət əleyhinə çıxış edən yüzlərlə nümayişçinin əsas terminalı tutması ilə əlaqədar fəaliyyətini dayandırıb. Qarışıqlıq zamanı Tailand hökumətinin istefasnı tələb edən müxalitfət alyansının fəalları hücum edərək Suvarnabxumi aeroportunun terminallarından birini ələ keçiriblər. Buna qədər aeroporta gedən əsas nəqliyyat magistralı bağlanıb. Nəticədə aeroportun işi iflic vəziyyətinə düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti