...

İpoteka kreditləşməsi təqribən dörddə bir dəfə azalıb – Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2008 14:21 (UTC +04:00)
İpoteka kreditləşməsi təqribən dörddə bir dəfə azalıb –  Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Cari ilin üçüncü rübündə maliyyə böhranının təsiri nəticəsində ipoteka kreditləşməsi 2007-ci ilin analoji dövrünə nisbətdə 22 faiz azalıb", - deyə cümə günü Dövlət Xidmətinin kollegiya iclasında Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov bildirib.

"Belə bir vəziyyət Azərbaycan bankları tərəfindən kreditin verilməsinin dayandırılması səbəbindən yaranıb", - deyə Qaraşov bildirib.

Onun sözlərinə görə, 2007-ci ilin üçüncü rübündə Azərbaycanda ipoteka kreditləşməsi üzrə 5,68 min, 2008-ci ilin iyul-sentyabrında isə 4,64 min saziş qeydiyyata alınıb.

"Lakin dünya maliyyə böhranı Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməyib ki, bu da ölkədə aparılan iqtisadi siyasət ilə əlaqədardır", - deyə Qaraşov bildirib.

Banklar tərəfindən kreditləşdirmə tempinin azalması ilk növbədə, dünya maliyyə bazarlarında yaranan böhran ilə izah olunur. Belə bir vəziyyət bankları daha ehtiyatlı olmağa və müştəri bazasının formlaşdırılması zamanı sərt seçim tətbiq etməyə məcbur edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti