...

ABŞ hökuməti tərəfindən iqtisadiyyatın stimullaşdırılması üzrə görülən tədbirlər – xəyaldır: Fransa Universitetinin iqtisadiyyat professoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2008 12:08 (UTC +04:00)
ABŞ hökuməti tərəfindən iqtisadiyyatın stimullaşdırılması üzrə görülən tədbirlər – xəyaldır: Fransa Universitetinin iqtisadiyyat professoru

Azərbaycan, Bakı, 28 noyabr/ Trend /

Fransanın Paris -Dofin Universitetinin iqtisadiyyat professoru, "Mon Pelerin" Birliyinin keçmiş prezidenti Paskal Salin (Pascal Salin) xüsusi olaraq Trend üçün

Maliyyə böhranının iqtisadi böhrana çevrilməsi bir çox ölkədə işgüzar fəallığın düşməsinə gətirib çıxarıb və hökumətlərin əksəriyyəti hesab edir ki, onlar, stimullaşdırma üzrə tədbirlər paketinin tətbqi yolu ilə onun fəallığını stimullaşdırmaq lazımdır. ABŞ -ın yeni seçilmiş prezidenti Barak Obama da bu fikirdədir. Mənim qəti fikrim ondan ibarətdir ki, bu tədbirlər tamamilə xəyaldır. Əslində, onların hamısı keynsçi ənənədən irsən keçən bəzi qeyri - müəyyən mənfi rəylərdən ilham alıb. Bu ənənəyə əsasən, işgüzar fəallıq düşərsə, hökumət, istehsalçıları istehsalı artırmağa vadar etmək üçüni ümumi tələbat həcmini artırmalıdır. Büdcə kəsiri (dövlət tələbatı), ixrac və ya sərmayələrin artırılması belə ənənəvi vasitələrə aiddir. Keynsçi yanaşmanın səhvləri barədə çox şey demək olar. Lakin gəlin hazırkı məqamda onu vurğulayaq ki, həll edilməli olan problem ümumi tələbatın çatışmazlığından ibarət deyil. Bunu dərk etmək üçün, hazırkı böhranın səbəblərini nəzərdən keçirmək lazımdır, çünki, problemi onun səbəblərini bilmədən həll etməyə can atmaq ağılsızlıq olardı.

Hazırda yaranan vəziyyətin əsas problemi ondan ibarətdir ki, Amerikanın monetar hakimiyyəti 2002 - ci ildən 2006 - cı ilədək aşağı faiz dərəcələrinin müəyyən edilməsi ilə olduqca çox miqdarda pul yaradıblar. Beləliklə, sərmayədarlar əslində faydalı olmayan (üstünlük təşkil edən süni aşağı faiz dərəcəsi istisna olmaqla) sərmayə qərarlarına meylli olmağa başladılar. Bu, qlobal deyil, sahə problemidir. Buna görə, yeganə qərar bazarlara daha normal vəziyyətə uyğunlaşmaq, eləcə də, pis idarə olunan firmalara elə müflis olmaq imkanı vermək lazımdır ki, onların aktivləri daha səmərəli mülkiyyətçi tərəfindən alınsın.

Uyğunlaşdırma baha başa gələn prosesdir və bu prosesi keçməmək daha yaxşı olardı (o halda ki, monetar siyasət daha az sabitlik pozan olardı). Lakin biz keçmişi qaytara bilmərik...

İqtisadiyyatın stimullaşdırılması üzrə tədbirlər paketi problemin həlli demək deyil və onların bazarın uyğunlaşma prosesinin sürətini yalnız azalda biləcəyinə yüksək ehtimal var. Bu baxımdan, ABŞ Federal Eehtiyatlar Sisteminin qısamüddətli kreditlər üzrə faiz dərəcəsini ağlasığmaz olan 1 faiz səviyyəsinədək azaldaraq və beləliklə də, faiz dərəcələrinin yeni dövrünü, pul qalıqlarının artması və pis sərmayələr üçün təhlükə yaradan qərarı barədə düşünəndə narahat olmamaq olmaz.

Barak Obamanın planına gəldikdə isə, onun bütün funksiyaları hələ məlum deyil. Lakin, görünür, o, dövlət xərclərinin artırılmasını - məsələn, firmaların (ictimai rəy bununla tam razı olmasa da, maliyyə firmaları və avtomobil istehsalçılarını) xilas edilməsi üçün və vergiləri azaltmağı nəzərdə tutur. Kəsirin artması, özəl sərmayələrdən, məhdud ehtiyatlardan daha çox, mahiyyətinə görə deyil, yalnız xərcləmək üçün (tələbatın ümumi həcmini stimullaşdırmaq bəhanəsi ilə) fəaliyyət göstərən bəzi iri dövlət layihələrinin özbaşına maliyyələşdirilməsinə keçidə gətirəcək.

Həm borclar, həm də vergilər hesabına maliyyələşdirilən dövlət xərcləri yeni xoş güzəran yaratmır, onlar yalnız siyasətçilər və bürokratların özbaşına seçdikləri digər malların alınması üçün ayrı - ayrı şəxslərin vəsaitlərini qəbul edir. Bu mənada, stimullaşdrıcı səmərə yoxdur, hər şey əksinədir. Obamanın tədbirlər paketi isə, digər paketlər kimi, "düşmə üçün paket" adlandrılmalıdır. Vergilərin azaldılmasına gəldikdə isə, Obama Amerika xalqı üçün gəlir vergisini 95 faiz azaldacağını vəd edib.Və bu da yaxşıdır (əlbəttə ki, nə zamansa ona bunu etmək müyəssər olarsa). Lakin bu qərar istehlakın artırılmasını nəzərdə tutduğuna görə yaxşı deyil, ona görə yaxşıdır ki, belə tədbirlər insanlarda daha çox işləməyə, daha çox qənaət etməyə, daha çox işçi qəbul etməyə və s. stimul yaradır. Bədbəxtlikdən, Barak Obama yüksək gəlirlər üzrə vergi dərəcələrini artırmaq niyyətindədir.

Son illər dünya təcrübəsinin göstərdiyi kimi, dərəcəni bir dəfər artırmaq kifayətdir ki, işgüzar fəallıq düşsün. Səbəb -- istənilən cəmiyyətdə insanların bir - birindən qarşılıqlı asılılıqdadır: əgər sərmayə yatırmaq və yeni iş yerləri açmaq yolunda sahibkarlar üçün maneə yaradılarsa, artım tempi düşməyə, işsizliyin səviyyəsi isə, artmağa başlayar.

Belə olan halda, ən yaxşı siyasi stimul bazarlara lazımi düzəlişləri tətbiq etməyə imkan verməkdir.

Müəllifin rəyi Trend agentliyi redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti