...

Beynəlxalq Sığorta Şirkəti ISO 9001:2000 keyfiyyət menecmenti sisteminin planlı nəzarət auditindən keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ TrendCapita / Beynəlxalq Sığorta Şirkəti (BSŞ) ISO 9001:2000 keyfiyyət menecmenti sisteminin (KMS) planlı nəzarət auditindən keçib. Bu barədə çərşənbə günü şirkətdən məlumat verilib.

Audit SGS Tashkent Ltd-dən olan auditorun iştirakı ilə SGS şirkətinin Bakı nümayəndəliyi tərəfindən aparılıb.

2006 - cı ildə BSŞ ISO 9001:2000 beynəlxalq standartına müvafiq sertifikatlaşdırılıb. Şirkət auditi uğurlu keçib və bununla da, KMS -nin fəaliyyətinin səmərəliliyini və onun beynəlxalq standartlara müvafiq olduğunu təsdiq edib.

Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilən Beynəlxalq Sığorta Şirkəti 2002 - ci ilin aprelindən fəaliyyət göstərir. Sığortanın 29 könüllü və beş icbari növü üzrə xidmət göstərən şirkətin Nizamnamə kapitalı 8,8 mln. manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti